Sosial

Zahir Oruc: "Kəndlərdə yaşayışı stimullaşdıracaq xüsusi tarif siyasətinə ehtiyac var"

Azərbaycanın kəndlərində yaşayışı stimullaşdıracaq xüsusi tarif siyasətinə ehtiyac var.

Bunu deputat Zahid Oruc Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, daxili miqrasiya məsələsi xüsusi diqqət tələb edir: "Prezident İlham Əliyev kənd təsərrüfatına həsr olunan müşavirədə bu problemə xüsusi toxunub. İnsanların kənddən şəhərə axını davam edir, kənd məktəbləri və tibb məntəqələri istifadəsiz qalır, minlərlə hektar torpaq sahəsi isə tam potensialı ilə istifadə olunmur. Bu baxımdan sərhəd və dağ kəndləri üçün xüsusi tarif siyasətinin tətbiqi vacibdir. Elektrik enerjisi, qaz, su və internet xidmətləri üzrə güzəştlərin artırılması həmin ərazilərdə yaşayışı daha cəlbedici edə bilər. Əks halda, paytaxtda mənzil, əmək bazarı və infrastruktur üzərində təzyiq daha da artacaq".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)