Bank

AMB xalis stabil maliyyələşmə əmsalı tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə xalis stabil maliyyələşmə əmsalının ("Net stable funding ratio") tətbiqinə başlayacaq.

Bunu AMB-nin baş direktoru Şahin Mahmudzadə bildirib.

Onun sözlərinə görə, hazırda bununla bağlı konsepsiya hazırlanır: "Bu da bank sektorunun uzunmüddətli likvidliyini tənzimləməyə xidmət edəcək".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)