Şəkər qiymətləri 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşüb
Ötən ay beynəlxalq şəkər qiymət indeksi avqust ayı ilə müqayisədə 4,1 faiz, illik isə 21,3 faiz azalaraq 99,4 bənd təşkil edib. Bu, 2021-ci ilin mart ayından bəri ən aşağı səviyyədir.
Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında məlumat verilib.
Qiymətlərin azalması əsasən Braziliyada yüksək şəkər istehsalı və şəkər qamışından istifadənin artması ilə əlaqədar olub. Bundan əlavə, Hindistan və Taylandda aramsız yağış və əkin sahələrinin genişləndirilməsi əlverişli məhsul perspektivləri yaradıb. Bu da qiymətlərin düşməsinə səbəb olub.
















