Gündəm

Berdiməhəmmədov Azərbaycana gəlir

Türkmən xalqının Milli Lideri, Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfər edəcək.

ENA.az xəbər verir ki, Qurbanqulu Berdiməhəmmədov oktyabrın 6-7-də Qəbələdə keçiriləcək Türk Dövlətlər Təşkilatının Zirvə toplantısında iştirak edəcək.

Səfər çərçivəsində Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə də ikitərəfli danışıqları baş tutacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)