Tokayev Azərbaycana gəlir
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 6-7-də Azərbaycanda səfərdə olacaq.
Məlumata görə, Tokayev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək XII Zirvə görüşündə iştirak edəcək.
Bildirilib ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında baş tutacaq.


















