ENA+

Ramil Usubov polis rəisini işdən çıxardı

Bakıda polis rəisi işdən çıxarılıb.

"Businessinsider.az" ONA-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xətai rayon Polis İdarəsinin rəisi, polis polkovniki Muradəli Babayev tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.

Onun yerinə hələlik təyinat yoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)