Bank

Nazir: "Beynəlxalq Bankın özəlləşdirilməsində irəliləyiş yoxdur"

Maliyyə naziri Samir Şərifov bəyan edib ki, ölkənin ən iri bankı - Azərbaycan Beynəlxalq Bankı ASC-nin (ABB) özəlləşdirilməsində irəliləyiş yoxdur.

“ABB-nin özəlləşdirilməsində irəliləyiş yoxdur. Səbəb investorların olmamasıdır”, - S.Şərifov bu gün jurnalistlərə bildirib.

Daha əvvəl S.Şərifov bildirmişdi ki, hökumət 2018-ci ildə ABB-nin özəlləşdirilməsi üzrə işlərə başlayacaq. Onun sözlərinə görə, AYİB ABB-nin özəlləşdirilməsinə maraq göstərir.

ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Onun əsas səhmdarı Maliyyə Nazirliyidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)