“Finoko” kapitalını kəskin artırıb
“Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 1,255 milyon manat və yaxud təxminən 2,3 dəfə artıraraq 2,255 milyon manata çatdırıb.
"Businessinsider.az" xəbər verir ki, bu məqsədlə dövriyyəyə hər birinin nominal dəyəri 10 manat olan 125 500 ədəd yeni səhm buraxılıb.
Qiymətli kağızları “Finoko”nun mövcud səhmdarları Elçin Əliyev və Elmar Əliyev indiyə qədər mövcud olan paylarına uyğun şəkildə (50:50) əldə ediblər. Son nəticədə BOKT-un səhmdarlarının pay bölgüsündə dəyişiklik olmayb.