Siqaret istehsalçısı kapitalı iki dəfə artırır
Sumqayıt Kimya Sənaye Parkının ərazisində siqaret istehsalçısı olan "Tabaterra" QSC səhmdar kapitalını ikiqat artırıb.
Kommersiya təşkilatlarının reyestrinə əsasən, şirkətin nizamnamə kapitalı 60 milyon 10 min manata çatdırılıb.
2017-ci ilin sentyabr ayında qurulan şirkətin təsisçiləri haqqında heç bir məlumat yoxdur. Yalnız o məlumdur r ki, bu şirkətin direktoru "Avromed Company" qrupuna aid bir sıra digər şirkətlərin qanuni nümayəndəsidir.