Festivallar

Bakıda Hindistan məhsullarının sərgisi keçiriləcək - TARİX

Martın 7-17-də saat 10:00-dan 18:00-dək Bakı İdman Sarayında (Neftçilər prospekti. 26a) Hindistanın PHD Ticarət və Sənaye Palatası (PHDCCI) Hindistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Hindistanın ən yaxşıları - Ən böyük eksklüziv Hindistan məhsulları ticarət tədbiri”nin ikincisini təşkil edəcək.

Səfirlikdən bildirilib ki, xarici ölkələrdə keçirilən sərgilər Hindistan sənayesinin yüksək keyfiyyətli məhsullarını, müxtəlif sənaye sahələrinə aid xidmətlər və texnologiyaları davamlı şəkildə dünyaya təqdim edir.

“Hindistanın ən yaxşıları - Ən böyük eksklüziv Hindistan məhsulları ticarət tədbiri”ndə elektrik və elektronika, velosiped, düyü, çay, ədviyyatlar, qablaşdırma, əczaçılıq, hədiyyələr və sənətkarlıq məhsulları, dəftərxana ləvazimatı, ev mebeli, tekstil və geyim, zinət əşyaları da daxil olmaqla yüksək keyfiyyətli məhsul və xidmətlər sərgiləyən 75 Hindistan şirkəti iştirak edəcək.

Sərgi Hindistan və Azərbaycan arasında mövcud olan qarşılıqlı biznes əməkdaşlığı çərçivəsində həyata keçirilir, Hindistan Hökuməti Ticarət və Sənaye Nazirliyi tərəfindən dəstəklənir.

Biznes və ticarətdən əlavə tədbir, həmçinin mədəni tədbirlər, yemək və Bollivud festivalı və sair vasitəsilə “Hindistanın ən yaxşıları” sərgisinə öz töhfəsini verməklə zəngin Hindistan mədəni irsini əks etdirməyə çalışacaq. Sərgiyə giriş sərbəstdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)