Paşinyan: 2026-cı il seçkilərində Ermənistan vətəndaşları sülhün olub-olmaması arasında seçim edəcəklər

2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərində Ermənistan vətəndaşları "sülh və sülhün olmaması" arasında seçim etməli olacaqlar.
Ermənistan KİV-ləri xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra jurnalistlərə bildirib.