HI-TECH

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

Bu ilin iyun ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 152 ölkə arasında öncəki ayla müqayisədə 4 pillə irəliləyərək 81.36 MB/S sürətlə 83-cü yerdə qərarlaşıb.

ENA.az “Speedtest Global Index”ə istinadən xəbər verir ki, sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur, axırıncı yeri isə Suriya tutub.

Azərbaycan mobil internetin sürətinə görə may ayına nisbətən iyunda 2 pillə geriləyərək 72.52 MB/S sürətlə 103 ölkə arasında 55-ci olub. Mobil internetin sürətinə görə birinci yeri BƏƏ, sonuncu yeri isə Boliviya tutub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)