"Sahibkarlıqla məşğul olmayan qeyri-kommersiya təşkilatları vergi bəyannaməsi vermirlər"
Qeyri-kommersiya təşkilatı sahibkarlıq fəaliyyətindən gəlir əldə etmədiyi halda “Mənfəət vergisinin bəyannaməsi”ni təqdim etməlidir?
Vergilər Nazirliyinin Media və kommersiya mərkəzindən bildirilib ki, Vergi Məcəlləsinin 149.1.5-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətindən gəlir əldə etməyən qeyri-kommersiya təşkilatlarının bəyannamə vermək öhdəliyi yaranmır. Əksinə, sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları tərəfindən “Mənfəət vergisinin bəyannaməsi” təqdim olunmalıdır.