Hadisə

ABŞ rəsmiləri mümkün hücuma hazırlaşır

Məsələ ilə yaxından tanış olan mənbələrə görə, ABŞ-ın yüksək rütbəli rəsmiləri yaxın günlərdə İrana hücum ehtimalına hazırlaşır. Adının açıqlanmasını istəməyən mənbələr vəziyyətin hələ də inkişaf etdiyini və dəyişə biləcəyini bildiriblər.

Bəzi mənbələr həftə sonu hücum planlarının ola biləcəyini bildirib. Mənbə bir neçə federal qurumun yüksək rütbəli rəsmilərinin də hücuma hazırlığa başladığını bildirib.

Bu arada WSJ, Trampın İrana hücum planlarını təsdiqlədiyini, lakin yekun təsdiqini vermədiyini bildirdi. Ötən cümə günü İsrailin İrana hücumu ilə başlayan qarşılıqlı hücumlar davam edərkən, ABŞ prezidenti Donald Tramp günlərdir ki, İrana hücum ehtimalını açıq şəkildə ifadə edir.

Bir neçə saat əvvəl Tramp İrana hücum etməyə hazır olub-olmadığını soruşduqda "Ola bilər. Olmaya bilər" demişdi.

Ağ Ev rəsmisi bütün variantların masa üzərində olduğunu deyib. İranın xarici işlər naziri Abbas Əraqçi çərşənbə günü sosial mediada bildirib ki, ölkəsi “diplomatiyaya sadiqdir və heç vaxt nüvə silahı əldə etmək istəməyib və etməyəcək".

Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri cümə günü Cenevrədə iranlı həmkarları ilə nüvə müzakirələri aparmağı planlaşdırırlar.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)