Sənaye

Ölkənin əmtəəlik təbii qaz ehtiyatlarının həcmi açıqlandı

Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 21 milyard 613,1 milyon kub metr təşkil edib.

ENA.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, təbii qaz üzrə ehtiyatların 29,3 faizi ölkə daxilində istehlak edilib, 58,7 faizi ixrac olunub, 2,4 faizi itkiyə gedib, 9,6 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb. Ölkə daxilində istehlak edilmiş təbii qazın 59,2 faizi istehsal ehtiyaclarına sərf edilib, 40,8 faizi isə əhaliyə satılıb. 2025-ci ilin yanvar-iyun aylarında 12 milyard 682,1 milyon kub metr və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3% az təbii qaz ixrac edilib.

Əhali tərəfindən 2584,8 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz çox təbii qaz istehlak edilib, onun 36,8 faizi Bakı şəhərinin, 3,2 faizi Naxçıvan Muxtar Respublikasının, 11,6 faizi Abşeron-Xızı, 6,1 faizi Gəncə-Daşkəsən, 6,0 faizi Lənkəran-Astara, 5,8 faizi Qazax-Tovuz, 5,7 faizi Mərkəzi Aran, 5,3 faizi Şəki-Zaqatala, 4,9 faizi Quba-Xaçmaz, 4,7 faizi Qarabağ, 3,8 faizi Mil-Muğan, 3,6 faizi Şirvan-Salyan, 2,4 faizi Dağlıq Şirvan, 0,1 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)