Bakı aeroportuna ancaq bu taksilər buraxılacaq
Artıq Hava Limanının qarşısında yalnız Bakı Taksi Xidməti MMC-nin taksiləri xidmət göstərəcək.
"Businessinsider.az" xəbər verir ki, bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova verib. O bildirib ki, bu gündən etibarən hava limanının qarşısında başqa taksilərin fəaliyyətinə tam qadağa qoyulub:
“Sərnişinləri taksi xidmətinin əməkdaşları Hava Limanının qarşısında uniformada gözləyəcək. Ödənişlər onlayn və ya nəğd şəklində gerçəkləşdirilir. 1848 çağrı mərkəzi isə bu gündən fəaliyyətə başlayıb”.