Taylandda rusların bank hesabları bloklanıb

Taylandın ən böyük kommersiya bankı “Banqkok Bank” xarici müştərilər üçün ölkədə yeni depozit hesablarının açılması tələblərini dəyişib.
Bu barədə “Bangkok Post” yazıb.
Qeyd olunur ki, indi səyahət edənlərin və xarici vətəndaşların uzunmüddətli vizaları olmalıdır.
Kredit təşkilatı dəyişikliklərin maliyyə fırıldaqlarına qarşı mübarizə və kibertəhlükəsizlik siyasətinin sərtləşdirilməsi ilə diktə edildiyini vurğulayıb.
Qaydalarda edilən dəyişikliyin bəzi əcnəbilərə təsir göstərə biləcəyi aydınlaşdırılır və maliyyə əməliyyatlarında çətinlik çəkən müştərilərə istənilən kanallar vasitəsilə bankla əlaqə saxlamaları tövsiyə olunur.
“Banqkok Bank” bəzi rusiyalıların hesablarını bloklayıb. Rusiya vətəndaşlarından pasportları və bank kitabçaları ilə kartların açıldığı filiallara baş çəkmələri istənilib. Lakin hesabların bloklanmasının səbəbi açıqlanmayıb.(Teleqraf)