Avtomobil

“Volkswagen”in dörd keçmiş rəhbəri dələduzluqda təqsirli bilinib

Almaniyanın avtomobil nəhəngi “Volkswagen”in dörd keçmiş rəhbəri Dizelqeyt qalmaqalında dələduzluq etdiklərinə görə həbs cəzasına məhkum edilib.

Dizel qalmaqalından 10 il sonra Almaniyanın şimalındakı Braunşveyq Regional Məhkəməsi Volkswagen şirkətinin keçmiş icraçı direktoru Haynts-Yakob Noyseri dizel qalmaqalında rol almaqda günahkar bilib və 1 il 3 ay müddətinə azadlıqdan məhrum edib. 

Bundan əlavə, keçmiş Volkswagen Dizel Mühərrikinin İnkişafı üzrə Direktoru Jens Hadler və keçmiş Sürət Texnologiyaları Direktoru Hanno Jelden 4,5 ilə qədər həbs cəzasına məhkum edilib. 

Keçmiş Volkswagen AG rəhbərləri 2019-cu ildə Avropa və ABŞ-da satılan 9 milyon avtomobilin emissiya proqram təminatı ilə manipulyasiya etməkdə və ya müdaxilə etməməkdə ittiham olunurlar.

Məhkəmə müəyyən edib ki, müttəhimlərin milyonlarla dizel mühərrikinin illərlə manipulyasiya edildiyindən xəbərdar olduqları sübut olunub. Təqsirləndirilən şəxslərin apellyasiya şikayəti vermək hüququ var.

Volkswagen dizel qalmaqalının 30 milyard dollar olduğu düşünülür
ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi 2015-ci ilin sentyabrında Volkswagen-in emissiya testlərini manipulyasiya etdiyini və şirkətin dizel avtomobillərinin ətraf mühiti normal səviyyədən 40 dəfə artıq çirkləndirdiyini açıqlayıb.

Volkswagen, Audi, Porsche, Bentley, Lamborghini, Seat, Skoda, Bugatti, Scania və Man kimi markaların yer aldığı Volkswagen Qrupu uzun müddətdir ki, dizel emissiyası qalmaqalı ilə gündəm olmuş, ABŞ səlahiyyətlilərinə ağır cərimələr ödəmiş və milyonlarla avtomobili geri çağırmaq məcburiyyətində qalmışdı.

Volkswagen dünya üzrə təxminən 11 milyon dizel mühərrikli avtomobilin emissiya testlərində aldadıcı proqramlardan istifadə edildiyini etiraf etdikdən sonra "Dieselgate" səbəbiylə dərin böhrana düşdü və çoxsaylı məhkəmələrlə üzləşdi.

Almaniya tarixinin ən böyük iqtisadi qalmaqalı olaraq xarakterizə edilən "Dieselgate"in Volkswagenə ümumi dəyərinin 30 milyard avrodan çox olduğu təxmin edilir.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)