“Gilar” qızıl yatağında tammiqyaslı hasilata başlanılıb

Böyük Britaniyanın Azərbaycanda qızıl hasil edən şirkəti “Anglo Asian Mining PLC” Gədəbəy sahəsində yerləşən yeni Gilar yeraltı mədənində hasilata başladığını elan edib.
ENA.az.az xəbər verir ki, bu barədə şirkətin elanında qeyd edilir.
Hazırda filiz yüksək tərkibli 4-cü zonadan hasil olunur və filizin mis və qızıl göstəriciləri şirkətin mədən planına uyğun gedir, deyə, məlumatda qeyd edilir. Şirkət gündəlik təqribən 2,000 ton filiz hasilatını hədəfləyir.
Gilar yatağı üzrə ilk JORC standartlarına uyğun ehtiyat qiymətləndirilməsi 11 dekabr 2023-cü ildə dərc olunub. Bu qiymətləndirmə Gilar yatağında ümumilikdə 6,10 milyon ton filiz olduğunu göstərir. Orta tərkib mis üzrə 0,88% (təxminən 54,000 ton mis) və qızıl üzrə 1,30 q/t (təxminən 255,000 unsiya qızıl) təşkil edir.
“Gilar mədənində hasilatın başlamasını elan etməkdən məmnunuq…54,000 ton mis və 255,000 unsiyadan çox qızıl ehtiyatı ilə Gilar, “Anglo Asian”ın orta səviyyəli, əsasən misə fokuslanan istehsalçıya çevrilməsi strategiyasında əsas rol oynayacaq” deyə, “Anglo Asian” şirkətinin baş direktoru Rza Vəziri