Bank

"Unibank”ın səhmdarlarının yığıncağı keçiriləcək

“Unibank” Kommersiya Bankı ASC səhmdarlarının illik Ümumi Yığıncağının 27 iyun 2025-ci il tarixində saat 15:00-da keçiriləcəyini elan edib.

Bankın elanında bildirilir ki, yığıncaq Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi 55 ünvanında yerləşən Baş Ofisində, eyni zamanda “Zoom” proqram təminatı vasitəsilə məsafədən keçiriləcək.

İclasda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:

  • 2024-cü il üzrə kənar auditor tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının təsdiqi;
  • 2024-cü il üzrə investisiya qiymətli kağızlarının emissiyası ilə bağlı illik hesabatın təsdiqi;
  • Bankın təşkilatı strukturu və idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi.

Səhmdarlar gündəlikdəki məsələlərə dair materiallarla Bankın Baş Ofisində – Təşkilati işlər və katiblik şöbəsi vasitəsilə tanış ola bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)