Azərbaycanın investisiya şirkətlərinin renkinqi - SİYAHI

Bu ilin yanvar-aprel ayları üzrə Bakı Fond Birjasında ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri məlum olub.
Teleqraf Fonda istinadən xəbər verir ki, dövr ərzində ən çox dövriyyəsi olan şirkət “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC olub (18,7 milyard manat).
Siyahıda ikinci pillədə 15,4 milyard manat dövriyyə il "ABB İnvest İnvestisiya Şirkəti" QSC, üçüncü yerdə isə 2,4 milyard manat dövriyyə ilə “Assist Finance İnvestisiya Şirkəti” ASC qərarlaşıb.
Bakı Fond Birjasının daxili qaydalarına əsasən üzvlərin renkinqi aylıq hesablanır və hər növbəti ayın əvvəlində elan olunur. Renkinq repo əməliyyatları, dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə manatla hesablanır.
Rank | Adı | Dövriyyə (manatla) | Əməliyyatların sayı |
---|---|---|---|
1 | “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC | 18,655,451,796.00 | 2637 |
2 | "ABB İnvest İnvestisiya Şirkəti" QSC | 15,440,191,223.00 | 8885 |
3 | “Assist Finance İnvestisiya şirkəti” ASC | 2,441,945,153.00 | 1060 |
4 | “CPM-İnvest İnvestisiya Şirkəti” QSC | 894,510,421.00 | 807 |
5 | "Xalq Kapital İnvestisiya Şirkəti" QSC | 878,876,481.00 | 96 |
6 | “Unicapital İnvestisiya Şirkəti” ASC | 867,896,121.00 | 2249 |
7 | "İnvest-Az İnvestisiya Şirkəti" QSC | 743,139,449.00 | 458 |
8 | "Capital Partners İnvestisiya Şirkəti" QSC | 360,533,012.00 | 357 |
9 | “CFI Financial İnvestisiya Şirkəti” QSC | 180,821,372.00 | 64 |
10 | "Troni İnvestisiya Şirkəti" QSC | 170,445,623.00 | 1920 |
11 | “PSG Kapital İnvestisiya Şirkəti" ASC | 56,765,709.00 | 656 |
12 | “MFX Trading İnvestisiya Şirkəti” ASC | 22,552,421.00 | 17 |