Qeyri-Bank

Büdcənin icrasında "qənaət"

2025-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinin xərcləri 11 milyard 191,9 milyon manat proqnoza qarşı 10 milyard 961,9 milyon manat olub.

Maliyyə Nazirliyindən verilən məlumata görə, nəticədə dövlət büdcəsinin xərcləri 97,9 faiz icra olunub.

Ancaq dövlət büdcəsinin gəlirləri 13 milyard 964,9 milyon manat təşkil edib ki, bu da 4 aylıq proqnozdan 219,7 milyon manat və ya 1,6 faiz çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)