Sosial iqtisadiyyat

ASCO nə qədər elektron bilet satıb?

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) elektron bilet sifarişi sistemi vasitəsilə bu ilin yanvar–mart ayları ərzində 670 sifariş rəsmiləşdirilib.

ASCO-nun yaydığı məlumata görə bu sistem Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması, eləcə də yük və sərnişin daşımalarında sənədləşmə prosesinin sadələşdirilməsi və operativliyin təmin edilməsi məqsədilə tətbiq olunub.

Hesabat dövründə ən çox elektron bilet sifarişi Ələt–Kurık marşrutu üzrə 517 bilet olmaqla qeydə alınıb. Digər istiqamətlər üzrə 87 bilet Kurık–Ələt, 57 bilet Ələt–Türkmənbaşı, 9 bilet isə Türkmənbaşı–Ələt istiqamətində rəsmiləşdirilib. ASCO-nun bərə gəmiləri ilə 2025-ci ilin ilk rübündə ümumilikdə 5882 sərnişin daşınıb.

Qeyd edək ki, ASCO-nun elektron bilet sifarişi sistemi 2016-cı ildən etibarən fəaliyyət göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)