Sığorta

Sığorta sektoru üzrə atılacaq yeni addımlar nələrdir?

2024-cü il üzrə sığorta sektoru ilə bağlı işlərin 86.2%-i icra edilib. Azərbaycan Mərkəzi Bankının "Maliyyə sektorunun inkişaf strategiyası" üzrə hesabatına görə, nəzərdə tutulan məsələlərin 81.8% müsbət həllini tapıb. Gecikən 18,2%-lik fəaliyyət istiqamətlərinə, bank-sığorta tərəfdaşlığı ("Bancassurance") məhsulları üzrə təkliflərin hazırlanması, müştərilərin rəqəmsal kanallarla eyniləşdirilməsi üzrə qaydaların yenilənməsi, Həyatın Yaşam Sığortası məhsulunun yenidən dizayn edilməsi daxildir.

Sektor üzrə atılmalı olan növbəti addımlara aiddir:

Könüllü sığortalar üçün icbari sığorta məhsullarının tamamlayıcı təminat olaraq təşviq edilməsi üzrə təkliflərin hazırlanması,

sərnişinlərin fərdi qəza sığortası (SFQS) məhsulunun yenidən dizayn edilməsi,

sığorta agenti institutunun inkişaf etdirilməsi istiqamətində yeni konsepsiyanın hazırlanması,

könüllü sığorta sinifləri üzrə şərtlərin müəyyənləşdirilməsi,

daşınmaz əmlakın icbari sığortası üzrə qanunvericiliyə dəyişiklik layihəsinin hazırlanması,

“Sığortaçılarda korporativ idarəetmə Standartları”nın tətbiqi və monitorinqi. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)