Xanlar Vəliyev hakim təyin edildi

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.
Məlumata görə, Milli Məclisin bu gün keçirilən iclasında Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunması ilə bağlı məsələ müzakirə edilib.
Məsələ səsverməyə qoyularaq qəbul edilib.
Qeyd edək ki, 2005-ci ildən Azərbaycanın hərbi prokuroru olan Xanlar Vəliyev aprelin 8-də təqaüdə göndərilib.