Sənaye

Azərbaycan və Türkiyə birgə Kəlbəcərdə enerji şirkəti yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Kəlbəcər Enerji” MMC-ni dövlət qeydiyyatına alıb.

Yeni şirkətin nizamnamə kapitalı  850 000 manatdır və qanuni təmsilçisi Türkiyəli iş adamı Volkan Gerdan Sami-dir. Volkan Gerdan Sami tikinti, daşınmaz əmlak, enerji, kənd təsərrüfatı sektorlarında fəaliyyət göstərən Baltech şirkətlər qrupunun Enerji İnvestisiyalarının rəhbəridir.

Müşahidə Şurasının üzvləri Cabbarov Orxan Faiq oğlu, Bülent Karani, Mir Camal Hafiz oğlu Paşayev, Ahmet Haytaoğlu-dur.

MMC-nin hüquqi ünvanı Kəlbəcər rayonu, İstisu ŞTQ ünvanında yerləşir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)