"Synergy Group"a daxil olan şirkət ləğv edilir
"Asset House" MMC-nin kreditorları fevralın 22-də könüllü ləğv olunduqları barədə məlumat yayıblar.
Şirkət Azərbaycanda aparıcı investisiya qruplarından biri olan "Synergy Group" MMC-yə daxildir.
"Asset House" MMC 2013-cü ilin mart ayında yaradılıb. O vaxt bu firmanın marka adı altında daha dörd şirkət qurulub. Daha sonra Assets Group MMC ləğv edildi və Asset Mart MMC Şəmkir rayonunda yerləşən "Comas" MMC şirkətlər qrupuna qoşulub. "Asset Action" MMC İsmayıllı rayonunda velosiped zavodu tikib. İndi bu şirkət "İsma" adını daşıyır. "Asset Pact" şirkətinin İsmayıllı rayonunda 5 hektar torpaq sahəsi var "Asset Property" MMC də "Asset" qrupuna daxildir. Onun direktoru Niyazi Göyçayevdir. O həmçinin "Platek House" arxitektura və dizayn şirkətinin rəhbəridir.