HI-TECH

İlon Mask “Starlink”i Azərbaycan üçün aktivləşdirdi – QİYMƏT

Amerikalı milyarder İlon Maskın “SpaceX” şirkətinə məxsus “Starlink” peyk interneti artıq Azərbaycan üçün aktiv edilib.

Bu barədə xidmətin sosial media hesabında məlumat verilib.

Bildirilib ki, “Starlink”in yüksək sürətli və aşağı gecikməli internet xidməti artıq Azərbaycanda mövcuddur.

“Starlink” orbitə buraxılan minlərlə peyk vasitəsilə dünyanın istənilən nöqtəsinə yüksək sürətli internet çıxışı təmin edir.

Azərbaycanlı istifadəçilər “Starlink” xidmətindən yararlanmaq üçün “Starlink Mini Kit” və ya “Starlink Standard Kit” cihazlarından birini əldə etməlidirlər. Cihazların qiyməti müvafiq olaraq 340 və 670 manat, çatdırılması 50 manatdır.

Xidmətin aylıq abunə haqqı isə 100 manat müəyyən edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)