TURİZM

AZAL Səmərqəndə uçuşlara başlayır: biletlər artıq satışdadır

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 1 aprel tarixindən etibarən Şərqin nadir incisi olan Özbəkistanın Səmərqənd şəhərinə müntəzəm uçuşları bərpa edir. Bakı-Səmərqənd-Bakı marşrutu üzrə aviabiletlər artıq satışdadır.

Uçuşlar Bakıdan Səmərqəndə çərşənbə axşamı və şənbə günləri, Səmərqənddən Bakıya isə çərşənbə və bazar günləri yerinə yetiriləcək. Bu reyslər sərnişinlərə şəhərin zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı yaradır.

 

 

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)