Maskdan X açıqlaması: Problem Ukraynadan qaynaqlanır

Fox Business Network-ə verdiyi müsahibədə Elon Musk "X"da yaşanan uzunmüddətli giriş problemindən danışıb. Musk, baş verənlərdən "tam əmin olmadıqlarına" diqqət çəkərək deyib:
"Sistem X-i sıradan çıxarmaq üçün Ukrayna IP ünvanlarından istifadə edərək böyük bir kiberhücum oldu".
Digər tərəfdən Musk qeyd edib ki, hazırda platformada giriş problemi yoxdur.
Mask kiber hücum olduğunu bildirib
Hücum Nyu Yorkda yerli vaxtla səhər saat 6:30 radələrində başlayıb. X-də yaşanan problemin "kiber hücum"dan qaynaqlandığını deyən Musk, "Hər gün hücuma məruz qalırıq, lakin bu, bir çox mənbədən edilib. Ya böyük, koordinasiyalı bir qrup, ya da bir ölkə bu işə qarışıb", söyləyib.