Xırdalan Elektrik Şəbəkəsinin rəisi tutduğu vəzifədən azad edilib - YENİ TƏYİNAT
"Azərişıq" ASC-də kadr dəyişiklikləri baş verib.
"BI" xəbər verir ki, qurumun Xırdalan Elektrik Şəbəkəsinin rəisi Neymət Qasımov tutduğu vəzifədən azad edilib.
N.Qasımovun yerinə Maştağa Elektrik şəbəkəsinin rəisi Şahin Qədimovtəyin edilib. Məlumata görə, N.Qasımov vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün işdən kənarlaşdırılıb.
-
Eləcə də bax: Palatada - YENİ TƏYİNAT
Bundan əlavə, “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) rəisi Əbülfət Paşayev də vəzifəsindən azad edilərək qurumun Tədris Mərkəzinə gətirilib.
Ə.Paşayevin yerinə isə Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Mehman Mehdiyev təyin edilib.
"Azərişıq"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Report”a hər iki təyinatı təsdiq edib.