Bu rayonda aztəminatlı ailələrin mənzil şəraiti yaxşılaşdırılacaq

Ağstafa rayonunda aztəminatlı ailələrin mənzil şəraitləri yaxşılaşdırılacaq.
Ağstafa Rayon İcra Hakimiyyəti (RİH) bununla bağlı müvafiq işlərə başlayıb.
Belə ki, RİH rayonda bir qisim aztəminatlı ailələrin mənzil şəraitlərinin yaxşılaşdırılması üçün tikinti materialları alacaq.
RİH hazırda sözügedən işləri yerinə yetirəcək şirkət axtarışındadır.
Qeyd olunan işlərin icrasının 101,5 min manata başa gələcəyi proqnozlaşdırılır.