Sosial iqtisadiyyat

Azərbaycanda su məsələləri ilə bağlı 31 prezident fərmanı və 24 hökumət qərarı dəyişdiriləcək

Azərbaycanda su məsələləri ilə bağlı səlahiyyətlərin ötürülməsi prosesi hələ ki, davam edir.

Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov bildirib.

Onun sözlərinə görə, Agentlik bununla bağlı normativ-hüquqi aktlarda dəyişikliklər üçün paket layihələr hazırlayıb.

"Ölkə prezidentinin 31 fərmanında 99 dəyişiklik, Nazirlər Kabinetinin 24 qərarında isə 80 dəyişiklik edilməsi nəzərdə tutulur. Bunlar mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırılır. Artıq Nazilər Kabinetinə təqdim edilib", - deyə şöbə müdir qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)