Gündəm

Turizm Agentliyinin aparat rəhbəri işdən çıxarıldı

Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsindən uzaqlaşdırılıb.

Aparat rəhbəri Kənan Qasımov işdən çıxarılıb.

Qeyd edək ki, Kənan Qasımov 2009-2014-cü illərdə “Transparency International/Azerbaijan” təşkilatında müxtəlif vəzifələrdə çalışıb. O, 2015-ci ilin may-sentyabr aylarında BMT-nin Nyu-Yorkdakı baş qərargahında yerləşən BMT Baş katibinin Gənclər üzrə səfirinin ofisində fəaliyyət göstərib.

2017-ci ilin fevral ayından 2018-ci ilin aprel ayına kimi Milli Turizm Təbliğat Bürosunda Monitorinq və Keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin oktyabrından Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

ABŞ Dövlət Departamentinin “Fulbright” və “Edmund S.Muskie” Təqaüd Proqramlarının, eləcə də “Arden J.Elsasser Memorial Award” mükafatının qalibidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)