Musk Amerikanın qızıl ehtiyatlarını yoxlamaq istəyir

ABŞ-da Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) milyarder rəhbəri Elon Musk qiymətli metalların saxlandığı Fort Knoxdakı qızıl ehtiyatlarını yoxlaya biləcəklərinə işarə edib.
Musk sosial media platforması X hesabında "Fort Knoxda qızıl tapmaq" başlıqlı paylaşım edib.
Yuta senatoru Mayk Linin Kentukki ştatındakı Fort Knoksa girişinə icazə verilməməsi ilə bağlı yazdığı yazıdan sitat gətirən Mask, "Fort Knoxdan qızıl oğurlanmadığını kim təsdiqləyir? Bəlkə var, bəlkə də yox. O qızıl Amerika xalqına məxsusdur. Hələ də orada olub-olmadığını bilmək istəyirik" - deyib.
"Fort Knox-a canlı video tur etmək əla olardı", - Mask başqa bir yazıda əlavə edib.
Digər tərəfdən, Kentukki senatoru Rand Paul həftə sonu Musku Fort Knoxdakı qızıl ehtiyatlarını araşdırmağa çağırıb.
ABŞ Maliyyə Nazirliyinin saytında yer alan məlumata görə, ziyarətçilərə icazə verilməyən Fort Noksda qiymətli metal ehtiyatları saxlanılır.
ABŞ Xəzinədarlığının saxladığı qızılın demək olar ki, yarısı Fort Knoxda saxlanılır və hazırkı qızıl ehtiyatları 147,3 milyon unsiya olaraq qeyd olunur.