Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il uzadılır

Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılır.
Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2026-cı il yanvarın 1-nə qədər uzadılır.
Bu Qanun 2025-ci il yanvarın 1-dən tətbiq edilir.