Azərbaycan iqtisadiyyatı 1 % kiçilib
![](https://ena.az/uploads/news/2025-02/_ena_58b3998d5d69ba561ecf6abfa_o.jpg)
Bu ilin yanvar ayında Azərbaycanda 9 milyard 430,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 % az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4 % azalıb, qeyri neft-qaz sektorunda isə 1 % artıb.
ÜDM istehsalının 39,9 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,2 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 20,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,8 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 922,1 manata bərabər olmuşdur.