Azərbaycan Mərkəzi Bankında daha iki təyinat: Yeni Baş Direktorlar kimdir?

2025-ci ilin fevral ayından Mərkəzi Bankın baş direktoru vəzifəsinə Vüsal Qurbanla yanaşı, daha iki Baş Direktor təyin edilib. AMB-nion məlumatlna görə, Tərlan İzzət oğlu Rəsulov və Elrad Eldar oğlu Seydiyev bu vəzifələrə təyinat alıblar.
Tərlan Rəsulov
1985-ci ildə Şəki şəhərində anadan olub. Azərbaycanlıdır. Ali təhsillidir.
2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr dərəcəsini, 2008-ci ildə həmin universitetin “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomları ilə bitirib.
Əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Respubikasının Mərkəzi Bankında Bazar əməliyyatları departamentinin Ehtiyatların idarə edilməsi şöbəsində kiçik diler vəzifəsilə başlayıb, 2009-2016-ci illərdə həmin departamentin Risklərin idarə edilməsi şöbəsində kiçik analitik, analitik və böyük analitik vəzifələrində fəaliyyətini davam etdirib. 2016- 2019-cu illərdə Risklərin idarə edilməsi şöbəsinin rəisi vəzifəsində işləyib.
2020-ci ilin yanvar ayından 2025-ci ilin fevral ayınadək Mərkəzi Bankın Valyuta ehtiyatlarının idarə edilməsi departamentinin direktoru olub.
Elrad Seydiyev
1985-ci ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olub. Azərbaycanlıdır. Ali təhsillidir. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə-kredit” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2007-ci ildə həmin universiteti eyni ixtisas üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə 2007-ci ilin fevral ayında Azərbaycan Respublikası Məkəzi Bankının Bazar əməliyyatları departamentində iqtisadçı vəzifəsilə başlayıb. 2008-2020-ci illərdə Bazar əməliyyatları departamentinin Bazar əməliyyatları şöbəsində kiçik diler, diler, böyük diler və şöbə rəisi vəzifələrində çalışıb.
2020-ci ilin yanvar ayından 2025-ci ilin fevral ayınadək Mərkəzi Bankın Maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru vəzifəsində işləyib.