Azərbaycan Mərkəzi Bankında yeni - BAŞ DİREKTOR TƏYİNATI
Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov baş direktor təyin olunub.
AMB-nin məlumatına görə, Baş direktor olmuş Ziya Əliyev isə sədrin müşaviri vəzifəsinə keçirilib.
Qeyd edək ki, 2000-ci ildə Azərbaycan Kooperasiya Universitetini “Maliyyə və kredit” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2004-ci ildə Azərbaycan Kooperasiya Universitetini “Maliyyə və kredit” ixtisasını magistr dərəcəsi ilə bitirib.
1998-ci ildən etibarən müxtəlif sığorta şirkətlərində sığorta üzrə mütəxəssis, baş mütəxəssis, şöbə müdiri, departament müdirinin müavini, İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.
2019-cu ildən etibarən Maliyyə Bazarlarına Nəzarət Palatasının Daxili audit xidmətində böyük mütəxəssis, Sığorta fəaliyyətinə nəzarət departamentinin Qeyri-həyat sığorta infrastrukturuna nəzarət idarəsinin rəisi işləyib.
2019-cu ildən İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının üzvüdür.
2020-ci ilin yanvar ayında Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsinin icraçısı təyin edilmişdir. 2020-ci ilin aprel ayından 2025-ci ilin fevral ayınadək Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru olub.
2025-ci ilin fevral ayının 3-də Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib.