Taleh Kazımov bank rəhbərləri ilə görüşdü
Azərbaycan Mərkəzi Bankında (AMB) yerli banklarla sektorun bu il üzrə hədəfləri müzakirə edilib.
Bu barədə AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“2025-ci ilin sektorlar üzrə ilk görüşü ölkədə fəaliyyət göstərən kommersiya banklarının rəhbər şəxsləri ilə baş tutub. Görüş zamanı bank sektoru üzrə 2024-cü ilin yekunları, inkişaf perspektivləri və çağırışlar ətrafında fikir mübadiləsi apardıq. Həmçinin son makroiqtisadi meyillər, cari il üzrə hədəflər və digər mühüm məsələləri müzakirə etdik”, – T. Kazımov qeyd edib.