Sosial iqtisadiyyat

Qazaxıstan iqtisadi artımı əsasən xammal sektoru hesabına təmin edir: Bəs biz?

"Nazarbayev 2 il öncə Konstitusiya islahatları keçirərək baş nazirin timsalında Nazirlər Kabinetinin, vilayət (yerli) hakimiyyətlərinin və Parlamentin səlahiyyətlərinin artırılmasına imza atdı.

Bu gün isə qazax lider hökumətin istefaya getməli olduğunu bəyan etdiyi müraciətində maraqlı məqamlara toxunub.
Deyib ki, dövlət proqramları icra edilsə də, bir sıra mühüm istiqamətlər üzrə konkret nəticələr yoxdur. İlk növbədə məhsuldar iş yerləri kifayət sayda yaranmır (xüsusilə kəndlərdə), kiçik və orta biznes iqtisadi artımın drayveri ola bilmədi, onlaırn inkişafı vlayətlərin və nazirlərin əsas vəzifəsinə çevrilmədi, bütün islahatlara rəğmən sistemli fəaliyyət təmin edilmədi, əhalinin real gəlirləri artmır, ailə büdcələrində ərzaq xərcləri artır, aztəminatlı ailələrin heç də hamısı ünvanlı sosial müdafiə ilə əhatələnməyib."

"BI" xəbər verir ki bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.

Bütün islahatlar kiçik və orta biznesin iqtisadiyyatda rolunun artımı, dövlət sektorunun payının ixtisarı ilə nəticələnməli, bankların "təmizlənməsi", hüquq-mühafizə və məhkəmə sisteminə etimad yüksəlməlidir. İndi Qazaxıstan iqtisadi artımı əsasən xammal sektoru hesabına təmin edir və bu bitməlidir.

Hər halda az qala 30 il ölkəsini sərt üsullarla yönəldən lider üçün bunlar çox maraqlı və hər avtoritar liderin edə bilməyəcəyi etiraflardır. 
Bütün çatışmazlıqları ilə Nazarbayevin ölkəsi üçün strateji işlər gördüyünü düşünürəm və Rusiyanın təsirinin azacıq zəifləyəcəyi şəraitdə Nazarbayevin qoyduğu bünövrənin Qazaxıstanı güclü bir ölkəyə çevirəcəyinə inanıram.

Bəri başdan deyim ki, istənilən avtoritar-sərt idarəçiliyə qarşıyam, mənim üçün liberal dəyərlərin alternativi yoxdur. Sadəcə reallığı görərək bu qənaətlərimi paylaşıram.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department