Taleh Kazımov: Azərbaycanda əmanətçilərin sayı 40%-dən çox artıb

Azərbaycanda əmanətçilərin sayı bir ildə 40%-dən çox artıb.
Bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.
O bildirib ki, 2023-cü ildə əhali arasında əmanətçilərin sayı 106 min nəfər olub, 2024-cü ildə bu rəqəm 43- 44 min nəfər artıb.
“2024-cü ildə əhali arasında əmanətlərin sayının artımını hədəfləmişdik, amma bunu açıqlamırdıq. Əhali arasında əmanətçilərin 78%-nin 30 minə qədər əmanəti olanlardır”- AMB sədri əlavə edib.