Sabah Xocalı şəhərinə və Ballıca kəndinə növbəti köç olacaq
Yanvarın 15-də Xocalı şəhərinə və Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınacaq.
Respublikanın müxtəlif ərazilərində çətin şəraitdə müvvəqəti məskunlaşan Xocalıdan olan ailələr torpaqlarına köçürüləcək.
Sabah Xocalı şəhərinə 6 ailə (25 nəfər), Xocalının Ballıca kəndinə isə 18 ailə (92 nəfər) yola salınacaq. Onlar əsasən Bakı, Sumqayıt, Gəncə şəhərləri, eləcə də respublikanın müxtəlif rayonlarında müvvəqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, indiyədək Xocalı şəhərinə 44 ailə, Ballıca kəndinə isə 48 ailə köçürülüb. Xatırladaq ki, Ballıca kəndinə sonuncu köç dekabrın 27-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində olub. Həmin gün Ballıca kəndinə 21 ailə(119) nəfər köçürülüb.