Azərbaycanın Los Ancelesdəki Baş konsulluğu evakuasiya edildi - SƏBƏB
![](https://ena.az/uploads/news/2025-01/_ena_8cb65a6780684e6ca783524ae_o.jpg)
Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun yerləşdiyi bina müvəqqəti olaraq evakuasiya edilib.
Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə bildirib ki, evakuasiyaya baxmayaraq, distant qaydada Baş Konsulluğun fəaliyyəti davam edir, hadisələrin gedişatı izlənilir və vətəndaşlarla əlaqə kanalları daim açıq saxlanılır.