BİZNES

“Azerbaijan Global Investment” MMC “PAŞA Development”ə qoşuldu

“Azerbaijan Global Investment” MMC yenidən təşkil edilmiş “PAŞA Development” MMC-yə qoşulub.

Məlumata görə, “Azerbaijan Global Investment” MMC-nin hüquqi varisliyi “PAŞA Development” MMC-yə keçmişdir.

“PAŞA Development” MMC 12 iyun 2012-ci il tarixində Məhdud Məsuliyyətli Cəmiyyət kimi yaradılıb. Şirkət, onun törəmə müəssisələri və birgə nəzarət edilən qurumları daşınmaz əmlakın alınması, inkişafı və idarə edilməsində iştirak edirlər.

“Azerbaijan Global Investment” MMC həm də Şirkətin Azərbaycanda yerləşən törəmə şirkətidir. Bu törəmə müəssisənin məqsədi investisiya layihələrinin hazırlanması və həyata keçirilməsi, Azərbaycan Respublikasının hüdudlarından kənarda, xüsusilə qeyri-neft sektorunda səmərəli və dayanıqlı investisiya portfeli yaratmaqdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)