Evlərin qeydiyyatı pulsuz olacaq: Yeni sistem yaradıldı
Dövlət Tikinti və Şəhərsalma Komitəsi və ASAN xidmət birlikdə "Ekspertizanın keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi' üçün elektron sistem yaradıb.
"BI" xəbər verir ki, Komitənin aparat rəhbəri Anar Quliyevin söLərinə görə, tikintiyə icazə indiqatoru üzrə Azərbaycan Doing Business sisremində 100 pillə irəliləyib. Təsdiq edilən yeni qayda ilə tikintiyə icazə üzrə tələb olunan sənədlərin sayı 18-dən 7- yə, xərclər 6700 manatdan 1500 manata düşüb.
-
Eləcə də bax: “50 min mənzilə çıxarış veriləcək”
Eyni zamanda icazənin alınması üçün vaxt 116 gündən 35 günə salınıb.
"Sahibkar məmur əlaqəsini minimuma endirməklə şəffaflığa nail olmağa çalşırıq. Bugündən etibarən 10 gün ərzində istismara icazə almaq mümkün olacaq. Sahəsi kiçik olan birmərtəbəli, aşırımlarının uzunluğu böyük olmayan binaların istismardan keçməsi tələb olunmur" -deyə A.Quliyev vurğuladı.
Onun sözlərinə görə, tədricən ekpertizası tələb olunan tikililərin də qeydiyyatı ilə bağlı proseslər də elektronlaşdırılacaq.