İnşaat və əmlak

“50 min mənzilə çıxarış veriləcək”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çoxmənzilli binalardakı mənzillərə orderlərin verilməsinin asanlaşdırılması haqqında sərəncamı artıq fəaliyyətdədir”. 

Bu barədə Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə məlumat verib. 

Deputat bildirib ki, hesablamalara görə 400 yaşayış binasında 50 mindən çox mənzilə çıxarış veriləcək:

"Bu da təqribən 200 min sakin, Bakı əhalisinin isə təqribən 10 faizi deməkdir".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)