Şəmsi Səmədzadə Özbəkistanda həbs olundu
Keçmiş iş adamı Şəmsi Səmədzadə həbs olunub.
Bu barədə ENA.az Gununsesi.info-ya istinadən xəbər verir.
Məlumata görə, bir müddət əvvəl Özbəkistana köçən Şəmsi Səmədzadə orada həbs olunub.
Onun həbsinə səbəb isə dələduzluqda ittiham olunmasıdır.
Qeyd edək ki, Ş.Səmədzadə bir müddət əvvəl əfv sərəncamı ilə ömürlük azadlıqdan məhrumetmə cəzasından azad edilmişdi.