MALİYYƏ

Beynəlxalq reytinq agemtliyi Azərbaycanın kredit reytinqlərini təsdiqləyib

“S&P Global Reytinq” beynəlxalq reytinq agemtliyi Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini “BB+/B'”səviyyəsində təsdiqləyib.

Bu barədə agentliyin məlumatında bildirilir. Reytinqlər üzrə proqnoz “sabit”dir. Stabil proqnoz neft hasilatının tədricən azalmasına baxmayaraq, Azərbaycanın əhəmiyyətli fiskal və xarici buferlərinin iqtisadiyyatı ticarət şərtlərində mümkün şoklardan qoruya biləcəyini əks etdirir.

“Əgər Azərbaycan davamlı olaraq ikili fiskal və cari hesab profisitləri əldə etməyə davam edərsə və regionda geosiyasi risklər azalarsa, reytinqləri artıra bilərik”, - S&P-nin açıqlamasında deyilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)