6 milyon manat kapital ilə “Zireh” şirkəti təsis edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Zireh” MMC-ni dövlət qeydiyyatına alıb.
Məlumata görə, MMC-nin nizamnamə kapitalı 6 milyon manatdır və qanuni təmsilçisi Abas Nazir oğlu Quliyevdir.
Müşahidə Şurasının üzvləri Səbinə Rafiq qızı Mustafayeva, Orxan Aydın oğlu Yusibov, Fərahim Pərviz oğlu Hüseynzadədir.